Breaking News
Home / Culture / Reklamçılar İttifaqı vətənpərvərlik ruhunu plakatların dili ilə aşılayacaq – Fotolar

Reklamçılar İttifaqı vətənpərvərlik ruhunu plakatların dili ilə aşılayacaq – Fotolar

“Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyi (ARİ İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ildə ayırdığı maliyyə yardımına uyğun olaraq “Vətənpərvərlik mövzusunu özündə əks etdirən sosial reklamların və reklam konstruksiyalarının dizaynının hazırlanması, yerləşdiriləcəyi yerlərin müəyyənləşdirilməsi” layihəsini təqdim edib.

Xətai Sənət Mərkəzində keçirilən sərgi-müsabiqəni giriş nitqi ilə açan ARİ İB-nin Mətbuat Xidmətinin rəhbəri Afaq Quliyeva dedi ki, bu layihə ilə çıxış etmələri təsadüfi deyil:

“Respublikamız 1988-ci ildən müharibə vəziyyətindədir, 1990-cı ildən isə istənilməyən müharibəyə sürükləndik. Həmin dövr üçün güclü nizami ordunun olmaması, eyni zamanda düşmənlərimizin digər ölkələrlə “iş birliyi”nə getməsi nəticəsində 20 faiz torpağımızı itirdik. 1994-cü ildə Ulu öndər Heydər Əliyevin səyi nəticəsində atəşkəsə nail olundu və məsələnin sülh yolu ilə həlli sahəsində işlərə başlanıldı. Keçən 23 il ərzində ordumuzun gücünün artırılması, ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artması və iqtisadiyyatının yüksəldilməsində böyük işlər görüldü. 2 aprel 2016-cı ildə Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan torpaqlarımızda etdiyi növbəti təxribatçı hücumunun qarşısı Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında alındı. Milli Ordumuz 4 gün ərzində gedən döyüşlərdə torpaqlarımızın 1 faizinin geri qaytarılmasına və düşmənə sarsıdıcı zərbə vurulmasına nail ola bildi. Lakin beynəlxalq vasitəçilərin müdaxiləsindən sonra döyüşlər yenə dayandırıldı və məsələnin dinc yolla həllini tapması məsələsi bu dəfə daha sərt formada qoyuldu.

Bu gün respublikamızda vətənpərvərlik hisslərinin artırılması üçün müxtəlif sahələrdə kifayət qədər işlər görülür. Lakin bir fakt danılmazdır ki, bu sahədə reklam hələ ki, sözünü deyə bilməyib. Layihəmiz bu sahədə bir ilk oldu”.

Layihənin rəhbəri, ARİ İB-nin İdarə Heyətinin sədri, professor Hacı Əmi Atakişiyev isə bildirib ki, layihə çərçivəsində vətənpərvərlik hissinin artırılması ilə bağlı təbliğat xarakterli sosial reklam lövhələrinin konseptual layihəsinin, tematik mövzuya aid dizayn, sloqan, eskiz və s. hazırlanması sahəsində ciddi işlər aparıldı: “İlk olaraq bu sahə üzrə kifayət qədər təcrübəyə malik mütəxəssislərdən ibarət İlkin Dəyərləndirmə Komissiyası yaradıldı. Komissiya mövzunun əhatəliliyini və vacibliyini nəzərə alaraq ümumilikdə bu layihəni gələcək planların başlanğıcı kimi qəbul etdi. Uzun müddət bu sahədə boşluq olduğundan layihədə iştirak edən iştirakçılara II Dünya Müharibəsi zamanı SSRİ-nin istifadə etdiyi təbligat vasitələri nümunə olaraq təqdim edildi. Layihə müddətində görülən işlər Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyinin www.aribaki.org elektron saytında və saytla paralel olaraq fəaliyyət göstərən www.layiheqht.aribaki.org -da yerləşdirildi.

Ümumilikdə, Komissiyanın 1 konfransı, 3 iclası keçirildi. Burada respublikamızın reklam sahəsində çalışan tanınmış mütəxəssisləri, plakatçı rəssamları, dizaynerlərı, konstruktorları, hərbçiləri və əsasən də, Xocalı orta məktəbinin müəllim və şagirdləri yaxından iştirak etdilər. Vaxtın məhdud olmasına baxmayaraq ortaya diqqətəlayiq işlər çıxdı”.

Münsiflər Heyətinin üzvü, xalq rəssamı, professor, Azərbaycan Rəssamlar İttifaqının üzvü, ARİ İB-nin İctimai Şurasının sədri Arif Hüseynov çıxışında müsabiqənin şərtləri barədə məlumat verdi: “İlk olaraq 30 sentyabr 2016-cı ildə keçirilən toplantıda müsabiqəyə təqdim olunan 58 plakata baxıldı. Onlardan 11-i müsabiqədən kənarlaşdırıldı, 47-si tövsiyyələr verilməklə qəbul olundu.

18 oktyabr 2016-cı ildə növbəti toplantısında Komissiya ilk olaraq tövsiyyələr üzərində aparılan düzəlişlərə və yeni olan 31 plakata baxdı. Bunlardan 21 plakat seçilmiş mövzuya uyğun olduğu üçün qəbul edildi. 30 oktyabrda müsabiqənin yekun iclası keçirildi. Müsabiqəyə, ümumilikdə 68 plakat çıxarıldı. Münsiflər Heyəti təqdim olunan sosial plakatların siyahı üzrə qeydiyyatdan keçən 68 ədədinin qiymətləndirilməsi və mükafatlandırılması ilə öz qərarını vermiş oldu”.

Növbəti çıxışçılar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) prorektoru Fuad Salayev, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Emin Səfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı, layihənin kuratoru Mirzə Zahidov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov, “Xocalı Soyqırımının Tanıtım” İB-nin sədri Şamil Sabiroğlu, Xocalı məktəbinin direktoru Fiqurə Rüstəmova və başqaları layihənin əhəmiyyətindən danışıb, vətənpərvərlik hissinin artırılmasında bu mövzuda hazırlanan plakatların böyük rolunu qeyd ediblər. Layihənin bu sahədə ilk təşəbbüs olduğunu diqqətə çatdıran natiqlər bildiriblər ki, nümayiş etdirilən plakatlarda müəlliflərin düşüncəsi, fikri və mövzuya münasibəti əksini tapıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mətbuat Xidmətinin rəhbəri Elməddin Behbudov bu layihəni yüksək peşəkarlıqla işləyib təqdim edən “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin bütün kollektivinə, Münsiflər Heyətinə və şəxsən layihənin rəhbəri Hacı Əmi Atakişiyevə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin təbrik və təşəkkürünü çatdırdı.

Tədbirin ikinci hissəsində Münsiflər Heyətinin sədri, Azərbaycan Rəssamlar İttifaqının Plakat bölməsinin rəhbəri Zaur Kantemirov, üzvlər – Xalq rəssamı, professor, Azərbaycan Rəssamlar İttifaqının üzvü, ARİ İB-nin İctimai Şurasının sədri Arif Hüseynov; pedaqoq, rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, ARİ İB-nin Bədii Şurasının rəhbəri Eldar Ağayev; tanınmış jurnalist, ARİ-nin İdarə Heyətinin üzvü Afaq Quliyeva və təbii ki, layihənin müəllifi Hacı Əmi Atakişiyev mükafatları təqdim etmək üçün səhnəyə dəvət olundular.

Aşağıda adları çəkilən şəxslər mükafatlandırıldılar:

I mükafat –Rəssamlıq Akademiyasının tələbəsi Emin Aslanov – təqdim etdiyi plakatlara görə (plaket, sertifikat) mükafatlandırılmışdır.

II mükafat – plakatçı-rəssam Ağadadaş Qasımov – təqdim etdiyi işlərə görə (plaket, sertifikat) mükafatlandırılmışdır.

III mükafat – pedaqoq, rəssam Haşım Haşımov – təqdim etdyi plakatlara görə (plaket, sertifikat) mükafatlandırılmışdır

Xüsusi mükafat – plakatçı-dizayner-rəssam Balağa Məmmədov – təqdim etdiyi sosial plakatlara görə (plaket, medal, sertifikat) mükafatlandırılmışdır.

Mükafatlar:

• rəssam Firuz Cabbarov – təqdim etdiyi plakatlarda vətənpərvərlik mövzusu həllini tapdığına görə (plaket, sertifikat) mükafatlandırılmışdır;

• plakatçı rəssam Etibar Nəzərov – təqdim etdiyi sosial yönlü plakatlara görə (plaket, sertifikat) mükafatlandırılmışdır;

• rəssam Cabbar Cabbarov – təqdim etdiyi sosial plakatlara görə (plaket, sertifikat) mükafatlandırılmışdır;

• tələbə, rəssam Əminə Hüseynova –hərbi vətənpərvərlik plakatlarına görə (plaket, sertifikat) mükafatlandırılmışdır;

• rəssam İlqar Allahverdiyev –hazırladığı plakatlar vətənpərvərlik ideologiyasını təbliğ etdiyinə ğörə (plaket, sertifikat) mükafatlandırılmışdır;

• rəssam Atəş Allahverdiyev –təqdim etdiyi plakat eskizlərinə ğörə (plaket, sertifikat) mükafatlandırılmışdır;

• Günel Aslanzadə və Züleyxa Müşteyidzadə – hazırladığı şüarlar və çağırışlara görə (hədiyyə, suvenir, sertifikat) mükafatlandırılmışlar;

• memar – dizayner Orxan Atakişiyev -Baş planda reklam bilbordlarının tənzimlənməsinə görə (medal və sertifikat) mükafatlandırılmışdır;

• dizayner, kompyuter proqramçısı Fərid Səfərov – açıq məkanda reklamlarının fəza tənzimlənməsinə görə (medal, sertifikat) mükafatlandırılmışdır;

• konstruktor, dizayner Etibar Əbdülqasımov – reklam löhvələrinin, qurğuların konstruktiv həcmlərinin tənzimləməsinə görə (medal, sertifikat) mükafatlandırılmışdır.

Layihənin həllində öz iş imkanını əsirgəməyən mütəxəssislərə təşəkürlərin bildirən Münsiflər Heyəti aşağıdakı şəxsləri diplomlarla mükafatlandırmışdır.

Rasim İsmayılov – diplom

Samir Hüseynov – diplom

Zamin Qasımov – diplom

Ramin Cabbarov – diplom

Samir Ağayev – diplom

Nail Hacıyev – diplom

Zahid Avazov – diplom.

  • evn_7145
    anemptytextlline
  • evn_7151
    anemptytextlline
  • evn_7168
    anemptytextlline
  • evn_7190
    anemptytextlline
  • evn_7208
    anemptytextlline
  • evn_7218
    anemptytextlline
  • evn_7234
    anemptytextlline
  • evn_7255
    anemptytextlline
  • evn_7285
    anemptytextlline
  • evn_7314
    anemptytextlline
  • evn_7325
    anemptytextlline
  • evn_7328
    anemptytextlline
  • evn_7330
    anemptytextlline
  • evn_7332
    anemptytextlline
  • evn_7334
    anemptytextlline
  • evn_7335
    anemptytextlline
  • evn_7341
    anemptytextlline
  • evn_7344
    anemptytextlline
  • evn_7349
    anemptytextlline
  • evn_7353
    anemptytextlline
  • evn_7360
    anemptytextlline
  • evn_7361
    anemptytextlline
  • evn_7376
    anemptytextlline
  • evn_7379
    anemptytextlline
  • evn_7380
    anemptytextlline
  • evn_7411
    anemptytextlline
  • evn_7430
    anemptytextlline

Qeyd edək ki, layihəyə təqdim olunmuş plakatların sərgisi Xətai Sənət Mərkəzində üç gün – 3-5 noyabr 2016-cı il tarixlərində davam edəcək.

Mənbə: reyting.az

About Ramin Cabbarly

2 comments

  1. Where is your comments?

  2. Ala koment yazun da.. 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *